Ukraynada gözlənilən sərgi baş tutmayacaq - SƏBƏB
Ukraynanın Lvov şəhərində avqustun sonunda keçirilməsi planlaşdırılan iri müdafiə texnologiyaları sərgisi ləğv edilib.
TodayPress TV xəbər verir ki, IRON DEMO sərgisində Ukrayna və xarici ölkələrdən şirkətlərin, eləcə də minlərlə müdafiə sənayesi mütəxəssisinin iştirakı gözlənilirdi.
Məlumata görə, sərginin ləğvi qərarı Rusiya Silahlı Qüvvələrinin daha əvvəl başqa silah sərgisinin keçirildiyi poliqona raket zərbəsi endirməsindən sonra qəbul edilib.