Ukraynada bir aydır davam edən etirazlardan sonra Fedorov danışdı

Ukraynada bir aydır davam edən etirazlardan sonra Fedorov danışdı
18.08.2026 23:58 Dünya

Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorov istefasına görə bir aydan çoxdur davam edən etirazlar fonunda video müraciət yayımlayaraq ölkədə idarəetmədə sistemli böhranın olduğunu bildirib və seçkilərin keçirilməsinin zəruriliyini qeyd edib.

TodayPress TV xəbər verir ki, Fedorov “YouTube” kanalında yayımladığı müraciətdə hazırkı hakimiyyəti, xüsusilə korrupsiya məsələsinə görə tənqid edib.

“Korrupsiya yalnız simptomdur, əsas problem daha dərindir. Bizdə sistemli idarəetmə böhranı var. Köhnə sistem çox vaxt öz qaydaları ilə yaşayır, özünü qoruyur, dəyişikliklərdən qorxur, qərarları ləng qəbul edir”, - deyə o bildirib.

Təxminən 10 dəqiqə davam edən müraciətdə Fedorov, həmçinin “qurulmalı olan” Ukrayna ilə bağlı baxışını açıqlayıb və seçkilər mövzusuna toxunub.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
19 AVQUST 2026
Bütün Xəbərlər