Ukrayna üçün Almaniyada “dron ordusu” qurulur

Ukrayna üçün Almaniyada “dron ordusu” qurulur
03.09.2026 23:02 Dünya

Almaniya-Amerika müdafiə şirkəti “Auterion” və onun Ukraynadakı birgə müəssisə üzrə tərəfdaşı “Airlogix” Münhen yaxınlığında Ukrayna üçün 5 mindən çox uzaqmənzilli döyüş PUA-sının seriyalı istehsalına başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Məlumata görə, ilk PUA-lar artıq istehsal edilib. Almaniya hökumətinin sifarişinin 2027-ci ilin ortalarında tamamlanması planlaşdırılır. Sənaye dairələrindəki mənbələrin məlumatına görə, müqavilənin dəyəri təxminən 300 milyon avrodur. PUA-lar Almaniyanın Ukraynaya yardımı çərçivəsində tədarük edilir.

Aysel Mətləb

XƏBƏR LENTİ
03 SENTYABR 2026
Bütün Xəbərlər