Ukrayna Rusiyanın itkiləri ilə bağlı yeni məlumat açıqladı
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müharibənin 1411-ci günü üzrə Rusiya ordusunun itkiləri ilə bağlı məlumatı yeniləyib.
TodayPress TV Ukrayna KİV-ə istinadən xəbər verir ki, məlumata görə, indiyədək Rusiya tərəfinin 1 211 530 hərbçi, 11 499 tank, 23 855 zirehli döyüş maşını, 35 756 artilleriya sistemi, 1 590 reaktiv yaylım atəş sistemi, 1 268 hava hücumundan müdafiə sistemi, 434 hərbi təyyarə və 347 helikopter itirdiyi bildirilir.
Hesabatda həmçinin 72 776 avtomobil texnikası, 99 860 pilotsuz uçuş aparatı, 4 137 qanadlı raket, 28 gəmi və kater, 2 sualtı qayıq və 4 035 xüsusi texnikanın sıradan çıxarıldığı qeyd olunur.