Ukrayna Rusiyanın hərbi obyektlərinə zərbələr endirdi - VİDEO
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Rostov vilayətində yerləşən Taganrog şəhərindəki hərbi obyektlərə zərbələr endirib.
TodayPress TV xəbər verir ki, bu barədə "RBC" məlumat yayıb.
Məlumata görə, hədəflər arasında 325-ci Aviasiya Təmir Zavodu və aerodrom ərazisi olub. Bildirilir ki, zərbələrdən sonra zavod ərazisində güclü yanğın baş verib.
Müəssisə An-12, An-72 və Tu-142 kimi hərbi təyyarələrin təmiri ilə məşğuldur.
Türkan İsgəndərli