Ukrayna Rusiyada iki strateji obyektə zərbə endirdi – VİDEO
Ukrayna Rusiyanın cənubunda yerləşən iki strateji obyektə zərbə endirib.
TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, Taqanroqda yerləşən "Kurqannefteprodukt" MMC-nin liman terminalı hücuma məruz qalıb.
Bildirilir ki, zərbə nəticəsində ərazidə yanğın baş verib. Terminal neft məhsullarının dəniz gəmilərinə yüklənməsi və boşaldılması üçün istifadə olunur.
Rostov vilayətinin Azov şəhərində yerləşən optik-mexaniki zavodun da hədəf alındığı qeyd edilir. Müəssisə optik-elektron, radiolokasiya və digər yüksək dəqiqlikli sistemlərin istehsalı ilə məşğuldur.
Türkan İsgəndərli