Ukrayna Rusiya itkiləri barədə yeni məlumat yaydı

Dünya

11.11.2025 13:49

Ukrayna Baş Qərargahı müharibənin 1357-ci günü üzrə Rusiya ordusunun itkiləri ilə bağlı son məlumatı açıqlayıb.

TodayPress TV "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, Rusiya tərəfi indiyədək 1 153 180 hərbçisini itirib. Bundan əlavə, 11 342 tank, 23 553 zirehli döyüş maşını, 34 366 artilleriya sistemi, 1 539 reaktiv yaylım atəş sistemi, 1 239 hava hücumundan müdafiə kompleksi sıradan çıxarılıb.

Məlumatda həmçinin Rusiya ordusunun 428 hərbi təyyarə, 347 helikopter, 67 036 ədəd müxtəlif təyinatlı avtomobil texnikası, 79 642 PUA, 3 926 qanadlı raket, 28 gəmi və kater, 1 sualtı qayıq, eləcə də 3 993 xüsusi avadanlıq itkisi verdiyi qeyd olunur.

Jalə Rövşən

TodayPress TV


tag: Ukrayna Baş Qərargahı ,Rusiya, PUA,Ukrayna ,Todaypress.tv,