Ukrayna dronları Rusiyanın iri neft emalı zavoduna hücum etdi

Ukrayna dronları Rusiyanın iri neft emalı zavoduna hücum etdi
14.07.2026 08:16 Dünya

Rusiyanın Başqırdıstan Respublikasının Salavat şəhərində yerləşən "Qazpromneftekhim Salavat" neft emalı zavoduna dron hücumu həyata keçirilib.

TodayPress TV xəbər verir ki, "BBC" Rus Xidmətinin məlumatına görə, yerli sakinlər zavod ərazisində bir neçə partlayış səsi eşitdiklərini, daha sonra isə yanğın başladığını bildiriblər.

"Qazpromneftekhim Salavat" Rusiyanın ən iri neft-kimya komplekslərindən biridir. "The Moscow Times"ın məlumatına əsasən, müəssisə 2024-cü ildə 7,2 milyon ton xam neft emal edib ki, bu da ölkənin ümumi neft emalı gücünün təxminən 2,7 faizini təşkil edir.

Məlumata görə, zavod daha əvvəl də Ukrayna dronlarının hədəfi olub. Həmin hücumlar zamanı ilkin emal bölməsində yanğın baş verdiyi bildirilsə də, Başqırdıstanın rəhbəri Radiy Xabirov müəssisənin fəaliyyətini normal davam etdirdiyini açıqlamışdı.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUL 2026
Bütün Xəbərlər