Ukrayna Belarusdan 31 vətəndaşının geri qaytarıldığını təsdiqlədi

Dünya

22.11.2025 20:00

Ukrayna Əsirlərinin Müalicəsi üzrə Koordinasiya Qərargahı Belarusda saxlanılan 31 ukraynalının ölkəyə qaytarıldığını təsdiqləyib.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, geri qayıdanlar arasında 2 ildən 11 ilədək həbs cəzası almış həm kişilər, həm də qadınlar var.

Ən gənc azad edilənin 18, ən yaşlının isə 58 yaşında olduğu bildirilib.

Belarus prezidentinin mətbuat katibi Natalya Eysmontun sözlərinə görə, onların azad edilməsi Ukraynanın xahişi və ABŞ Prezidenti Donald Trampla əldə olunan razılaşmalar əsasında həyata keçirilib.

Eysmont bildirib ki, verilən əfv humanitar addım kimi qiymətləndirilir və bölgədə münaqişənin həlli üçün müsbət mühit yaratmağa yönəlib.

Qeyd edək ki, Belarus bundan əvvəl Ukraynaya sülhməramlı qüvvələr yerləşdirməyə hazır olduğunu açıqlamışdı.

Jalə Rövşən

TodayPress TV

tag: Belarus,Ukrayna,Məhkum ,Təsdiq,Todaypress.tv,