Ukrayna aerodromlarına zərbələr endirildi
Rusiya Hava-Kosmik Qüvvələri Ukraynada iki hərbi obyektə zərbə endirib.
TodayPress TV Rusiya KİV-ə istinadən xəbər verir ki, Rusiya qüvvələri Kiyev vilayətinin Brovarı şəhərində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Baş Elektron Kəşfiyyat Mərkəzini, həmçinin Xmelnitski vilayətinin Starokostyantinov aerodromunu hədəfə alıb. Məlumata əsasən, aerodromda F-16 qırıcıları yerləşdirilib.
FSB qeyd edib ki, əməliyyat Ukrayna kəşfiyyatının Rusiyaya məxsus MiQ-31 təyyarəsini qaçırmaq cəhdinə cavab olaraq həyata keçirilib.
Jalə Rövşən