“Üçüncü Dünya müharibəsi Avropanı məhv edəcək” – Belarus rəsmisindən proqnoz

“Üçüncü Dünya müharibəsi Avropanı məhv edəcək” – Belarus rəsmisindən proqnoz
19.08.2026 06:05 Dünya

Belarus xarici işlər nazirinin müavini İqor Sekreta Avropada böyük müharibə təhlükəsinin ciddi narahatlıq doğurduğunu bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə o, Almaniyanın “NachDenkSeiten” nəşrinə müsahibəsində danışıb.

“Bu, məndə və bir çox həmkarımda çox böyük narahatlıq doğuran məsələdir. Əvvəllər düşünürdüm ki, bunlar sadəcə sözlərdir. Amma bu gün bunun acı reallığa çevrilə biləcəyi ilə bağlı real təhlükə görürəm.

Belarus Avropanın tam mərkəzində yerləşir. Birinci Dünya müharibəsindən sonra Avropa güclü idi, İkinci Dünya müharibəsindən sonra isə hər halda sağ qaldı. Üçüncü Dünya müharibəsindən sonra isə heç nə qalmayacaq. Bütün Avropa müharibə nəticəsində məhv olacaq”, - deyə Sekreta bildirib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
19 AVQUST 2026
Bütün Xəbərlər