Üç ölkə Türkiyəyə qarşı birləşir - “Axilles Qalxanı” - VİDEO

Üç ölkə Türkiyəyə qarşı birləşir - “Axilles Qalxanı” - VİDEO
25.07.2026 20:41 Dünya

Yunanıstan Türkiyə ilə gərginlik fonunda 4,2 milyard avro dəyərində genişmiqyaslı silahlanma proqramına başlayır.

TodayPress TV xəbər verir ki, bu barədə “Tech” nəşri məlumat yayıb.

Məlumata görə, proqramın əsas hissəsini “Axilles Qalxanı” adlanan müasir hava hücumundan müdafiə, raket əleyhinə müdafiə və pilotsuz uçuş aparatlarına qarşı müdafiə sisteminin yaradılması təşkil edəcək.

Bildirilir ki, layihə İsrail və Kiprlə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Nəşrin yazdığına görə, proqram Yunanıstanla Türkiyə arasında davam edən gərgin münasibətlər fonunda reallaşdırılır.

Kübra Musayeva

XƏBƏR LENTİ
23 OKTYABR 2026
Bütün Xəbərlər