Tusk: "Dəmir yolu təxribatında iki ukraynalı şübhəli kimi müəyyənləşdi"
Dünya
18.11.2025 17:45
Rusiya kəşfiyyat xidmətləri ilə əməkdaşlıq edən Ukrayna vətəndaşları Polşada dəmir yolunu partladıblar.
TodayPress TV xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk bildirib.
Tusk qeyd edib ki, partlayışdan sonra hər iki şəxs Belarusa qaçıb.
Qeyd edək ki, ötən Tusk Polşadan Ukraynaya gedən qatarların istifadə etdiyi dəmir yolu xəttinin bir hissəsinin zədələndiyini bildirib. Onun sözlərinə görə, zədələnmə Mazovets vilayətində – Ukrayna sərhədindəki Dorohusk stansiyasının dəmir yolu sahəsində qeydə alınıb.
Baş nazir bildirib ki, hadisə ilə bağlı təxribat ehtimalı araşdırılır.
“İstisna etmirik ki, burada sabotaj aktı ilə qarşı-qarşıyayıq. Hadisə zamanı xəsarət alan olmayıb. Əlaqədar xidmətlər lazım olan işi yerinə yetirir”, – Tusk vurğulayıb.
Baş nazir daha sonra ölkə ərazisindən Ukraynaya gedən qatarların istifadə etdiyi dəmir yolu xəttinin zədələnməsinin təxribat nəticəsində baş verdiyini bildirib.
Jalə Rövşən
tag: Polşa,Ukrayna ,Donald Tusk,Rusiya,Todaypress.tv,
