Tusk: "ABŞ Rusiya görüşü ilə bağlı Avropa ilə məsləhətləşəcək"

Tusk: "ABŞ Rusiya görüşü ilə bağlı Avropa ilə məsləhətləşəcək"
11.08.2025 13:53 Dünya

ABŞ, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında gözlənilən görüşdən əvvəl Avropa ölkələri ilə məsləhətləşmələr aparacağına söz verib. 

TodayPress TV xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk bildirib.

O, həmçinin qeyd edib ki, bu görüşlə bağlı həm narahatlıqlar, həm də müəyyən ümidlər var. Baş nazir əlavə edib ki, danışıqlarda Ukraynanın iştirakı da vacibdir.

Xatırladaq ki, Donald Tramp bir müddət əvvəl Putinlə avqustun 15-də Alyaskada görüş planlaşdırıldığını açıqlayıb. 

Türkan İsgəndərli

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər