Türkiyəyə məxsus hərbi yük təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq başlayıb
Türkiyəyə məxsus hərbi yük təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalara start verilib.
TodayPress TV xəbər verir ki, Gürcüstanın Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hadisə noyabrın 11-də Siqnaxi bələdiyyəsi ərazisində, dövlət sərhədinə təxminən 5 kilometr məsafədə baş verib.
Qəzanın səbəblərinin müəyyənləşdirilməsi məqsədilə uçuş təhlükəsizliyi qaydalarının və ya insan tələfatı ilə nəticələnən hava nəqliyyatı istismarı qaydalarının pozulması faktı üzrə istintaq aparılır.
Nazirlik bildirib ki, hadisə ilə bağlı əlavə məlumat ictimaiyyətə mərhələli şəkildə açıqlanacaq.
Jalə Rövşən