Türkiyəyə əcnəbi cinayətkarların göndərilməsi ilə bağlı iddialar təkzib edildi

Dünya

17.11.2025 13:44

Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamenti nəzdində fəaliyyət göstərən Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi (DMM) sosial şəbəkələrdə və bəzi KİV-lərdə yayılan “Əfqanıstanlı, iraqlı və suriyalı cinayətkarların Avropadan təyyarələrlə Türkiyəyə göndərilməsi” iddialarını təkzib edib.

TodayPress TV xəbər verir ki, mərkəzin məlumatında Türkiyənin başqa ölkələrdən üçüncü ölkə vətəndaşlarını qəbul etməsi ilə bağlı hər hansısa qərarın mövcud olmadığı bildirilib.

Qeyd olunub ki, cinayət törətmiş və ya qanuni yaşayış hüququ olmayan əcnəbilərin Türkiyəyə ekstradisiyası isə mümkün deyil. Türkiyə yalnız öz vətəndaşları ilə bağlı prosedurları beynəlxalq hüquq çərçivəsində və fərdi qaydada həyata keçirir.

Açıqlamada sözügedən iddiaları yayan şəxslər barəsində “ictimaiyyəti çaşdıracaq məlumatı açıq şəkildə yayma” ittihamı ilə Respublika Baş Prokurorluğuna müraciət olunduğu vurğulanıb.

Jalə Rövşən

TodayPress TV




tag: Türkiyə Prezident Administrasiyası ,Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi (DMM),Əcnəbi vətəndaş ,Təkzib,Todaypress.tv,