Türkiyənin HİSAR-ı düşmən raketini parça-parça etdi - VİDEO

Türkiyənin HİSAR-ı düşmən raketini parça-parça etdi - VİDEO
29.05.2026 15:49 Dünya

Türkiyə müdafiə sənayesi növbəti tarixi uğura imza atıb.

TodayPress TV bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Belə ki, sosial mediada Türkiyə istehsalı olan HİSAR-D RF hava hücumundan müdafiə sisteminin düşmən raketini imitasiya edən yüksək sürətli hədəfi havada darmadağın etdiyi anlar əks olunub.

"Roketsan" və "Aselsan" tərəfindən tamamilə yerli imkanlarla hazırlanan sistem, sınaq zamanı alçaq hündürlükdə hərəkət edən gəmiəleyhinə raketi (anti-ship missile) simulyasiya edən PUA-nı tam dəqiqliklə sıradan çıxarıb.

Bu sınağın ən diqqətçəkən tərəfi isə raketin yerli şaquli atış sistemi olan MİDLAS-ın mobil quru platformasından uğurla buraxılması olub.

40 kilometrdən çox mənzilə malik HİSAR-D RF raketi, yüksək manevr qabiliyyəti və radio tezlikli arayıcı başlığı sayəsində Türkiyənin hava məkanının qorunmasında yeni dövrün başladığını bir daha sübut edib.

Müdafiə ekspertləri bu uğurlu sınağı Türkiyənin hərbi texnologiyada xaricdən asılılığı tamamilə bitirmək istiqamətində atdığı ən böyük addımlardan biri kimi qiymətləndirirlər.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 Bütün Xəbərlər