Türkiyədən İsrailə SƏRT REAKSİYA: “Suriyanın ərazi bütövlüyünü pozur!”
Türkiyə İsrailin Suriyanın İdlib əyalətində yerləşən tərk edilmiş Əbu-Zuhur aviabazasına endirdiyi zərbələri pisləyib.
TodayPress TV xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi hücumları “məsuliyyətsiz” adlandıraraq, İsrailin bu addımının Suriyanın ərazi bütövlüyü və birliyini pozduğunu bildirib.
Ankara beynəlxalq ictimaiyyəti İsrailin Suriyaya qarşı hücumlarının dayandırılması üçün daha qəti mövqe nümayiş etdirməyə çağırıb.
Kübra Musayeva