Türkiyədəki yanğın nəzarət altına alındı

Türkiyədəki yanğın nəzarət altına alındı
29.06.2025 17:30 Dünya

Türkiyənin Antaliya şəhərinin tarixi Kaleiçi rayonunda yerləşən kiçik hoteldə baş verən yanğın nəzarət altına alınıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Antalya Vilayət Valiliyi məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

Yanğın günorta saatlarında hotelin damında başlayıb və qısa müddətdə yaxınlıqdakı bir neçə binaya da yayılıb. Hadisə yerinə tez müdaxilə edən yanğınsöndürənlər alovu vaxtında söndürərək təhlükənin qarşısını alıblar. Ümumilikdə 3 bina və ətrafdakı digər tikililərdən qonaqlar təxliyə olunub.

Hazırda yanğınsöndürmə briqadaları ərazidə işlərini davam etdirir və binanın konstruksiyalarına su tökürlər.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər