Türkiyədə zəlzələ səbəbindən uçuşlara fasilə verildi

Türkiyədə zəlzələ səbəbindən uçuşlara fasilə verildi
28.09.2025 16:47 Dünya

Kütahyada baş verən və ətraf bölgələrdə hiss olunan zəlzələ İstanbulun Sabiha Gökçen Hava Limanında da təsirini göstərib. Təhlükəsizlik məqsədilə hava limanında operativ tədbirlər görülüb.

TodayPress TV "APA"nın Türkiyə bürosuna  istinadən xəbər verir ki, hava hərəkəti nəzarətçiləri eniş edən təyyarələri ehtiyat tədbiri olaraq xəbərdar edib.

Zolağın yoxlanılması üçün uçuşlar təxminən 5 dəqiqə dayandırılıb və bu müddətdə iki təyyarə eniş etməyib.

TodayPress TV 

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər