Türkiyədə qohum ailələr arasında silahlı qarşıdurma: Ölən və yaralananlar var
Türkiyənin Mardin vilayətinin Ömərli rayonunda qohum ailələr arasında baş verən silahlı insident nəticəsində 1 nəfər həyatını itirib, 1 nəfər ağır yaralanıb.
TodayPress TV xəbər verir ki, Alıçlı məhəlləsində iki ailə arasında hələlik məlum olmayan səbəbdən başlayan mübahisə silahlı qarşıdurmaya çevrilib.
Hadisə ilə bağlı araşdırma başlanılıb.
Aysel Mətləb