Türkiyədə meşə yanğınlarına görə 44 şübhəli saxlanıldı
Türkiyədə yanğına görə ümumilikdə 44 şübhəli saxlanılıb.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında yazıb.
Qeyd olunub ki, saxlanılanlardan 10-u həbs olunub.
Ümumilikdə Türkiyənin 12 vilayətində 65 meşə yanğını hadisəsi qeydə alınıb.
Aynur TAC