Türkiyədə 84 afterşok qeydə alındı
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, Balıkesirin Sındırğı rayonunda 6,1 maqnitudalı zəlzələ baş verib.
TodayPress TV xəbər verir ki, ilkin afterşok isə zəlzələdən 4 dəqiqə sonra (Bakı vaxtı ilə 20:57-də) 3,7 bal gücündə qeydə alınıb. Saat 00:49-a qədər həmin rayonda ümumilikdə 84 afterşok müşahidə olunub.
Təxminən 4 saat ərzində baş verən bu təkanlardan 7-si 4 bal və daha güclü olub.
Bundan başqa, Sındırğıda maqnitudası 2 ilə 3,9 arasında dəyişən daha 77 afterşok baş verib. Təkanların dərinliyi isə 5,61 km ilə 22,47 km arasında olub.
Töhfə Səməd