Türkiyə qonşusundan milyonluq təklif aldı
İraq Türkiyəyə 1 milyon barrel neft tədarük etməyə hazırdır.
TodayPress TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Əli əz-Zeyd ilə Ankarada keçirilən birgə mətbuat konfransında bildirib.
Ərdoğanın sözlərinə görə, İraq tərəfi Türkiyəyə bu həcmdə neft göndərə biləcəklərini qeyd edib.
“Baş nazir dedi ki, biz Türkiyəyə 1 milyon barrel neft verə bilərik. Başqalarından asılı olmayın. Bəli, heç kimdən asılı olmağa ehtiyac yoxdur, qonşumuz yanımızdadır”, - deyə Ərdoğan bildirib.
Türkiyə lideri vurğulayıb ki, İraq neftinin tədarükü ölkənin enerji ehtiyaclarının bir hissəsinin qarşılanmasına imkan verəcək.
Kübra Musayeva