Türkiyə Milli Müdafiə Nazirliyi: Təyyarənin qəza səbəbi qalıqların ətraflı araşdırılmasından sonra müəyyən ediləcək - YENİLƏNDİ

Türkiyə Milli Müdafiə Nazirliyi: Təyyarənin qəza səbəbi qalıqların ətraflı araşdırılmasından sonra müəyyən ediləcək - YENİLƏNDİ
11.11.2025 21:45 Dünya

Türkiyə Milli Müdafiə Nazirliyi Gürcüstan ərazisində qəzaya uğrayan "C130" hərbi nəqliyyat təyyarəsi ilə bağlı növbəti məlumat yayıb.

TodayPress TV xəbər verir ki, məlumatda deyilir:

"Gürcüstanın axtarış-xilasetmə qrupları təyyarənin qalıqlarını saat 17:00-da tapıb. Qəza araşdırma qrupumuz hadisə yerinə gedir. Təyyarə qəzasının səbəbi qrupumuz tərəfindən qalıqların ətraflı araşdırılmasından sonra müəyyən ediləcək".

***

21:03

Gürcüstanda qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin qalıqları tapılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"də yazıb.

O bildirib ki, axtarış- xilasetmə tədbirləri davam edir.

Qeyd edək ki, Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub.

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər