Türkiyə HHQ-yə məxsus təyyarənin qəzaya uğradığı ərazi mühafizəyə götürüldü
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qəzaya uğradığı ərazi mühafizəyə götürülüb.
TodayPress TV xəbər verir ki, Sığnaxi bələdiyyəsi ərazisində Azərbaycan sərhədindən 5 kmlik məsadədə Türkiyəyə məxsus C-130 tipli hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğradığı ərazi tam mühafizəyə götürülüb.
Hazırda hadisə yerinə yalnız Gürcüstan Daxili İşlər Nazirliyinin və xilasedici xidmətlərin əməkdaşları buraxılır.
Kənar şəxslərin, o cümlədən jurnalistlərin əraziyə daxil olmasına icazə verilmir.
Qeyd edək ki, Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub.