Trampın "xüsusi adamı" ordunun başına keçir
ABŞ Prezidenti Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) nazirinin səlahiyyətlərini icra edən Hung Caonu bu vəzifəyə daimi əsaslarla namizəd göstərib və Senatı onun namizədliyini mümkün qədər tez təsdiqləməyə çağırıb.
TodayPress TV xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında yazıb.
“ABŞ Hərbi Dəniz Qüvvələrinin növbəti naziri vəzifəsinə əsl döyüşçü Hung Caonu namizəd göstərməkdən məmnunam”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti Cao-nu bu vəzifə üçün ən yaxşı namizəd hesab etdiyini vurğulayıb.
“Senat bu döyüşçünü mümkün qədər tez təsdiqlməlidir ki, o, son dörd ay ərzində gördüyü möhtəşəm işi davam etdirə bilsin”, – deyə Tramp əlavə edib.
Qeyd edək ki, Cao bu ilin aprel ayının sonundan, onun müavini olduğu Con Felanın istefasından sonra HDQ nazirinin səlahiyyətlərini icra edir. Onun daimi vəzifəyə təyinatı üçün Senatın təsdiqi tələb olunur.
Qiymət Mahir