Trampın “cəhənnəmə qədər bombalamaq” təhdidi Omana təsir etdi
Oman İranın Hörmüz boğazından keçən gəmilərdən xidmət haqqının birgə tutulması təklifindən imtina edib.
TodayPress TV xəbər verir ki, bu barədə “The New York Post” (NYP) regiondakı yüksək vəzifəli məmura istinadən məlumat yayıb.
Məlumata görə, Maskat ABŞ Prezidenti Donald Trampla qarşıdurmadan yayınmaq məqsədilə Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi və ətraf mühitin qorunması üçün könüllü ödənişlər ideyasını belə rədd edib.
Xatırladaq ki, avqustun 17-də Tramp Omanın fəaliyyətindən narazılığını ifadə edib və sultanlığın İranla ABŞ arasındakı münaqişənin həllinə mane olacağı təqdirdə onu “cəhənnəmə qədər bombalamaqla” hədələyib.
Aysel Mətləb