Trampdan yeni vətəndaşlıq addımı: Minlərlə uşağın gələcəyi sual altında

Trampdan yeni vətəndaşlıq addımı: Minlərlə uşağın gələcəyi sual altında
05.09.2026 10:04 Dünya

ABŞ administrasiyası xarici dövlət məmurlarının övladlarına doğumla ABŞ vətəndaşlığının verilməsini məhdudlaşdırmaq niyyətindədir.

TodayPress TV xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Departamentinin Federal Reyestrdə yayımlanan məlumatına görə, bu qaydanın diplomatlarla yanaşı, xarici səfirlik və konsulluqların bəzi əməkdaşlarına, eləcə də müəyyən beynəlxalq təşkilatların işçilərinə şamil edilməsi planlaşdırılır.

Sənəddə bildirilir ki, valideynlərindən ən azı biri xarici dövlət məmuru olan və doğulduğu zaman ABŞ vətəndaşı olmayan uşaqlar doğum hüququ ilə avtomatik vətəndaşlıq ala bilməyəcək. Onlara ABŞ-də qanuni daimi sakin kimi qeydiyyatdan keçmək imkanı verilə bilər.

Lakin plan hələlik qüvvəyə minməyib. ABŞ-də federal məhkəmə Donald Trampın bu istiqamətdəki icra sərəncamının icrasını müvəqqəti dayandırıb.

Məhkəmənin qərarına əsasən, sərəncamın icrası Ali Məhkəmənin əvvəlki qərarı ilə ziddiyyət təşkil edə bilər. Buna görə DHS hazırda vətəndaşlığın verilməsi prosedurunda dəyişiklik etməyəcək.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
05 SENTYABR 2026
Bütün Xəbərlər