Tramp Zelenskiyə nə vəd etdi? - Görüşdən ilk detallar və görüntülər
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla Ağ Evdə keçirilən görüşdən görüntülər yayımlayıb.
TodayPress TV xəbər verir ki, Zelenskinin sözlərinə görə, danışıqlar zamanı Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin istehsalı ilə bağlı lisenziyaların verilməsi və digər dəstək imkanları müzakirə olunub.
Ukrayna lideri bildirib ki, görüşdə diplomatik prosesin aktivləşdirilməsi məsələsinə də toxunulub.
“Danışıqların detallarını komandalarımız razılaşdıracaq. ABŞ-yə möhkəm dəstəyinə görə təşəkkür edirəm”, - deyə Zelenski qeyd edib.
Kübra Musayeva