Tramp: "Yaxın Şərqdə razılaşma üçün real şans var"
ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə yeni sülh razılaşmalarının mümkünlüyünə inandığını bildirib.
TodayPress TV xəbər verir ki, Tramp bu fikri "Truth Social" sosial şəbəkəsində paylaşdığı açıqlamada qeyd edib:
"Yaxın Şərqdə böyük bir şeyə nail olmaq üçün real şansımız var. İlk dəfədir ki, hamı xüsusi nəyəsə köklənib. Biz buna nail olacağıq", – deyə o bildirib.
Tramp detallar açıqlamasa da, bundan əvvəl Qəzza münaqişəsi ilə bağlı danışıqlarda irəliləyiş ola biləcəyini, o cümlədən HƏMAS tərəfindən saxlanılan girovların azad olunmasına dair razılaşmanın mümkün olduğunu demişdi.
Türkan İsgəndərli