Tramp: “Ukrayna müharibəsi III Dünya müharibəsinə çevrilə bilərdi”
Dünya
11.11.2025 23:45
ABŞ Prezidenti Donald Tramp bildirib ki, onun hakimiyyətə gəlməməsi halında Ukraynada baş verən münaqişə III Dünya müharibəsinə yol aça bilərdi.
TodayPress TV xəbər verir ki, Tramp bu fikirləri Cənubi və Mərkəzi Asiya üzrə xüsusi nümayəndə, həmçinin ABŞ-nin Hindistandakı səfiri vəzifəsinə təyin olunan Serxio Qorun andiçmə mərasimində jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Əgər mən prezident olmasaydım, bu vəziyyət III Dünya müharibəsinə gətirib çıxara bilərdi. Amma indi elə olmayacaq. Prezidentliyimin əvvəlində düşündüm ki, bu vəziyyət böyük müharibəyə səbəb ola bilər. Mən NATO-nu birləşdirdim, hamını bir yerə topladım”, – deyə Tramp vurğulayıb.
O, həmçinin prezidentliyi dövründə münaqişələrin sona çatdığını qeyd edib, lakin konkret hansı münaqişələrdən danışdığını açıqlamayıb:
“Unutmayın, mən səkkiz müharibəni dayandırdım, doqquzuncu yoldadır. Düşünürəm ki, onu da həll edəcəm, amma səkkizini dayandırmışam”.
Qiymət Mahir
tag: ABŞ,Ukrayna,Tramp,Rusiya,Todaypress.tv,
