Tramp “TikTok”un fəaliyyət müddətini uzatdı
ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə tətbiqi “TikTok”un ölkədə fəaliyyət müddətini 16 dekabra qədər uzadıb.
TodayPress TV xəbər verir ki, “Associated Press”in məlumatına görə, bu qərar ABŞ və Çin rəsmiləri arasında aparılan danışıqlardan sonra elan olunmuş çərçivə razılaşmasının başa çatdırılması üçün əlavə vaxt qazandırır.
Trampın imzaladığı icra sərəncamı artıq dördüncü dəfədir ki, “TikTok”un ABŞ-dəki aktivlərini yerli şirkətə satması üçün müddəti uzadır.
Qiymət Mahir