Tramp tibbi müayinədən keçdi: Çəkisində böyük fərq
ABŞ Prezidenti Donald Trampın son tibbi müayinəsinin nəticələri açıqlanıb.
TodayPress TV xəbər verir ki, Prezidentin həkimi Sean Barbabellanım sözlərinə görə, 79 yaşlı Tramp əla sağlamlıq vəziyyətindədir və vəzifəsini icra etmək üçün tam yararlıdır.
Müayinənin nəticələrinə görə, Trampın çəkisi 238 funt (təxminən 108 kq) olub ki, bu da ötən illə müqayisədə 14 funt, yəni təxminən 6 kq çoxdur. Boyu 190-191 sm olan prezidentin bədən kütlə indeksi (BMI) 29,7 olaraq göstərilib. Həkimlər ona pəhriz, fiziki aktivlik və çəkiyə nəzarətlə bağlı tövsiyələr veriblər.
Müayinə "Walter Reed" Milli Hərbi Tibb Mərkəzində keçirilib və ürək görüntüləməsi, KT müayinəsi, xərçəng skrininqləri və digər profilaktik testləri əhatə edib. Ağ Evin yaydığı hesabatda Trampın idrak və fiziki göstəricilərinin yüksək olduğu qeyd olunub.
Türkan İsgəndərli