Tramp sosial şəbəkələrdəki paylaşımlarını eksponent olaraq artırdı

Tramp sosial şəbəkələrdəki paylaşımlarını eksponent olaraq artırdı
03.06.2025 16:00 Dünya

ABŞ prezidenti Donald Tramp ikinci prezidentlik müddətində sosial mediada birinci dönəmi ilə müqayisədə üç dəfədən çox paylaşım edib.

TodayPress TV xəbər verir ki, bu barədə “Washington Post” qəzetinin apardığı hesablamalarda deyilib.

Nəşr yazıb ki, andiçmədən sonrakı 132 gün ərzində Tramp özünə məxsus “Truth Social” platformasında 2262 paylaşım edib.

Bu rəqəm onun birinci prezidentliyinin eyni dövründə “Twitter”də etdiyi paylaşımların üç qatından çoxdur.

“Washington Post” həmçinin vurğulayır ki, Trampın sosial mediada auditoriya əhatəsi genişlənib. Bu genişlənməyə həm şəxsi komandasının fəallığı, həm də onu dəstəkləyən bloqçular və jurnalistlər mühüm töhfə verib.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər