Tramp: "Səudiyyə Ərəbistanı gələcəkdə İbrahim Sazişlərini imzalayacaq"
Dünya
30.12.2025 16:00
Səudiyyə Ərəbistanı gələcəkdə "İbrahim Sazişləri"ni imzalayacaq.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə ikitərəfli görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.
ABŞ lideri qeyd edib ki, razılaşmalara qoşulan ölkələrin sayı kifayət qədər sürətlə artacaq.
“Səudiyyə Ərəbistanı İsraillə anlaşmaları üçün onlardan istəyə biləcəyimiz hər şeyi ediblər. Onlar anlaşacaqlar və müəyyən bir mərhələdə "İbrahim Sazişləri"ni imzalayacaqla”, - deyə Tramp vurğulayıb.
Xatırladaq ki, 2020-ci ilin sentyabrında ABŞ-nin vasitəçiliyi ilə İsrail BƏƏ və Bəhreynlə münasibətlərin normallaşdırılmasına dair razılaşmaya qoşulub. Üçtərəfli razılaşma "İbrahim Sazişləri” adlandırılıb. Daha sonra Mərakeş və Sudan da İsraillə münasibətlərin normallaşdırıldığını elan edib.
Bu razılaşmalardan öncə İsrailin ərəb ölkələri arasında yalnız Misir və İordaniya ilə diplomatik əlaqələri mövcud idi.
Aysel Mətləb
tag: Səudiyyə Ərəbistanı ,Donald Tramp ,İsrail,Todaypress.tv,
