Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır

Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır
31.05.2026 11:39 Dünya

Ağ Ev lideri Donald Trampın şərtlərinin sərtləşdirilməsini tələb etməsindən sonra, demək olar ki, imzalanmağa hazır hesab edilən ABŞ-İran müqaviləsi yenidən sual altında qalıb.

TodayPress TV  xəbər verir ki, bu barədə "Axios" və "The New York Times" qəzetləri Amerika rəsmilərinə istinadən məlumat yayıb. Qeyd olunub ki, sənədin yenilənmiş versiyası artıq İran hakimiyyət orqanlarına göndərilib.

"Axios" qeyd edib ki, Situasiya Otağında keçirilən görüşdən sonra Tramp İranın nüvə proqramı, xüsusən də zənginləşdirilmiş uran ehtiyatlarının taleyi, onların köçürülmə vaxtı və yoxlama mexanizmləri ilə bağlı daha çox konkretlik tələb edib.

"NYT" isə yazıb ki, Tramp həmçinin İran aktivlərinin dondurulmasının mümkün ləğvi ilə bağlı bənddən də məmnun deyil. Belə ki, o, bu cür güzəştlərə qarşı tənqidi mövqe tutmağa davam edir. Digər tərəfdən Tramp həmçinin İranın Amerika təkliflərinə cavab vermək üçün çox gecikməsindən qıcıqlanıb.

Razılaşmaya əsasən, İran nüvə silahı proqramından imtina etməli və daha sonra 60 gün ərzində tərəflər Tehran üçün konkret nüvə öhdəlikləri və ABŞ sanksiyalarının ləğvi şərtləri barədə razılığa gəlməlidirlər. Lakin danışıqlar indi bir neçə gün və ya daha uzun müddət davam edə bilər.

Yeni fikir ayrılıqlarına baxmayaraq, Amerika tərəfi uğurlu bir razılaşmaya əmindir, baxmayaraq ki, dəqiq bir zaman xəttini müəyyən etmək çətindir. Ağ Ev rəsmisi nəşrə bildirib: "Bu, bir həftə çəkə bilər. Daha az, daha uzun çəkə bilər. Həftənin sonuna qədər bir şey əldə etməyi ümid edirik".

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Bütün Xəbərlər