Tramp Rusiyaya qarşı yeni sanksiyaları dəstəkləyir
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalar barədə qanun layihəsinin vaxtının çatdığını hesab edir.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ senatoru Lindsi Qrem “ABC News”a açıqlamasında danışıb.
Senator bildirib ki, Tramp bu niyyətini ona ilk dəfə birlikdə qolf oynadıqları zaman bildirib. Qremin sözlərinə görə, prezident əgər Konqres yeni sanksiyaları təsdiqləyərsə, həmin qanun layihəsini imzalayacaq. Müzakirələrin iyulda başlayacağı gözlənilir.
Qiymət Mahir