Tramp Nyu-York merliyinə namizədi tənqid etdi

Tramp Nyu-York merliyinə namizədi tənqid etdi
30.06.2025 03:00 Dünya

ABŞ Prezidenti Donald Tramp Nyu-York meri postuna Demokratlar Partiyasından namizəd Zoxran Mamdanini “təmiz kommunist” və “radikal solçu lunatik” adlandırıb.

TodayPress TV xəbər verir ki, Tramp bu fikirləri "Fox News" telekanalına açıqlamasında bildirib.

O, Mamdaninin seçki yarışında lider olmasından şok keçirdiyini deyib.

Prezident xəbərdarlıq edib ki, əgər Mamdani seçkilərdə qalib gəlsə, düzgün addımlar atmalı olacaq. Əks halda, Trampın sözlərinə görə, Nyu-York şəhəri federal maliyyədən tamamilə məhrum qala bilər.

Qiymət Mahir

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər