Tramp Nikolas Maduro ilə telefonla danışacaq
ABŞ Prezidenti Donald Tramp bildirib ki, tezliklə venesuelalı həmkarı Nikolas Maduro ilə telefonla danışacaq.
TodayPress TV xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
"Tezliklə onunla danışacağam. Söhbətin məhz nədən ibarət olacağını deyə bilmərəm, amma bir neçə konkret mövzum var", - Tramp deyib.