Tramp: “Kanada ABŞ-nin 51-ci ştatı olmalıdır”
ABŞ Prezidenti Donald Tramp Kanadanın ölkəsinə tamamilə bağlı olduğunu və buna görə də ABŞ-nin 51-ci ştatına çevrilməsinin zəruri olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, Tramp bu fikirləri "Fox News" telekanalına verdiyi müsahibədə səsləndirib.
“Dürüst desəm, Kanada 51-ci ştat olmalıdır. Həqiqətən də olmalıdır, çünki Kanada tam şəkildə Birləşmiş Ştatlardan asılıdır. Biz isə Kanadadan asılı deyilik”, – deyə Tramp bildirib.
O, əlavə edib ki, Kanadaya rəğbət bəsləyir, lakin reallıqda iki ölkə arasında balansın ABŞ-nin xeyrinə pozulduğunu düşünür.
Qiymət Mahir