Tramp İranın son sülh təklifini yetərli hesab etmir
ABŞ Prezidenti Donald Tramp İranın son sülh təklifini rədd edib və təklifin onu qane etmədiyini bildirib. O, həmçinin İrana qarşı bombardmanların yenidən gücləndirilə biləcəyini istisna etməyib.
TodayPress TV "Associated Press"ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə "Time" jurnalına müsahibəsində danışıb.
Tramp bildirib ki, İranın son atəşkəs təklifi kifayət qədər yaxşı deyil. O, noyabrın üçündə keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı bombardmanların yenidən gücləndirilə biləcəyini istisna etməyib.
ABŞ Prezidenti yeni zərbələrin haraya endirilə biləcəyi ilə bağlı sualı cavablandırmaqdan imtina edib.