Tramp Huanga görə Si Cinpinlə danışdı – “Möhtəşəm insandır”

Tramp Huanga görə Si Cinpinlə danışdı – “Möhtəşəm insandır”
21.11.2026 07:46 Dünya

ABŞ Prezidenti Donald Tramp "Nvidia" şirkətinin keçmiş rəhbəri Censen Huanga yüksək qiymət verib və onunla bağlı məsələni Çin lideri Si Cinpinlə müzakirə etdiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında danışıb.

Tramp Huangı “möhtəşəm insan” adlandırıb, lakin onun yanlış qərarlar verdiyini qeyd edib. ABŞ Prezidenti Huanga üzr istəyərək yenidən vəzifəsinə qayıtmasını arzuladığını bildirib.

Lider, həmçinin bu məsələni Çin lideri Si Cinpinlə müzakirə etdiyini bildirib. Onun sözlərinə görə, Si Cinpin də Huangı “möhtəşəm insan” kimi qiymətləndirib.

Aysel Mətləb

XƏBƏR LENTİ
21 NOYABR 2026
Bütün Xəbərlər