Tramp generallarla görüşəcək
ABŞ Prezidenti Donald Tramp sentyabrın 30-da Virciniya ştatında müdafiə naziri Pit Heqset və yüzlərlə general-admiralla görüşəcək.
TodayPress TV xəbər verir ki, bu barədə "Washington Post" məlumat yayıb.
Tramp çıxışında iştirakını təsdiqləyib və əlavə təhlükəsizlik tədbirləri görüləcək. O, görüşdə müasir hərbi sistemlərin müzakirə olunacağını desə də, detalları açıqlamayıb.
Qəzet yazır ki, Heqset generallar və admiralı Quantiko bazasına izah vermədən çağırıb. Bu isə Pentaqondakı son istefalar fonunda hərbi dairələrdə narahatlıq yaradıb. Mənbələrin sözlərinə görə, toplantının səbəbi hələ də məlum deyil.
Türkan İsgəndərli