Tramp daha 2 ölkəyə xəbərdarlıq etdi

Tramp daha 2 ölkəyə xəbərdarlıq etdi
03.01.2026 23:30 Dünya

ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduro tutulduqdan sonra Kolumbiya Prezidenti Qustavo Petroya xəbərdarlıq edib.

TodayPress TV  xəbər verir ki, bu mövzuda o, mətbuat konfransında danışıb.

Siyasətçinin sözlərinə görə, kokain Kolumbiyada istehsal olunur və daha sonra ABŞ-yə göndərilir.

"Ona görə də Qustavo Petro həqiqətən daha diqqətli olmalıdır", - deyə Tramp xəbərdarlıq edib.

ABŞ lideri həmçinin Kuba xalqına kömək etmək istədiyini də bildirib.

"Kuba hələ də uğursuz bir ölkədir. Biz Kubada yaşayan insanlara kömək etmək istəyirik", - deyə Tramp bildirib. Onun sözlərinə görə, Kuba məsələsi Venesueladakı vəziyyətlə çox oxşardır.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər