Tramp Avropa liderləri ilə məzələndi: "Gərək Ərdoğan onlara su tapançası verərdi"

Tramp Avropa liderləri ilə məzələndi: "Gərək Ərdoğan onlara su tapançası verərdi"
11.07.2026 10:55 Dünya

ABŞ Prezidenti Donald Tramp NATO sammiti zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan aldığı hədiyyə ilə bağlı diqqətçəkən açıqlama verib.

TodayPress TV xəbər verir ki, Tramp Ərdoğanın ona hədiyyə etdiyi revolveri nümayiş etdirərək Avropa liderlərini tənqid edib.

"Dostum Ərdoğan mənə bu möhtəşəm revolveri hədiyyə etdi. Gözəl silahdır, elə deyilmi? Bəzi Avropa liderləri bunu öz ölkələrinə belə apara bilməzdilər. Buna inanırsınız? Bəlkə də onlara revolver yox, su tapançası vermək daha yaxşı olardı. Bu adamların Avropanı necə müdafiə edəcəyini bilmirəm", – deyə Tramp bildirib.

Qeyd edək ki, Ankara şəhərində keçirilən NATO sammitinin sonunda Prezident Rəcəb Tayyib Ərdoğan alyansa üzv ölkələrin liderlərinə üzərində adları həkk olunmuş revolver hədiyyə edib. Bu hədiyyə bir sıra Avropa ölkələrində silahların daşınması və saxlanılması qaydaları səbəbindən müzakirələrə səbəb olub.

Qiymət Mahir

XƏBƏR LENTİ
11 IYUL 2026
Bütün Xəbərlər