ABŞ Prezidenti Donald Tramp, Kanada, Qrenlandiya və Venesuelanın ABŞ-yə daxil olduğunu göstərən bir foto paylaşıb.
TodayPress TV xəbər verir ki, Tramp fotonu “Truth Social” sosial şəbəkəsində paylaşıb.
Süni intellekt vasitəsilə hazırlanmış fotoda Ağ Evdə Trampın Fransa Prezidenti Emmanuel Makron və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də daxil olmaqla, Avropa liderləri ilə görüşü əks olunub.
Arxa planda isə Kanada, Venesuela və Qrenlandiyanın ABŞ ərazisi kimi göstərildiyi xəritə yer alır.
Jalə Rövşən
