Tramp: "ABŞ və Kanada arasındakı ticarət danışıqları dayandırılıb"

Tramp: "ABŞ və Kanada arasındakı ticarət danışıqları dayandırılıb"
29.06.2025 21:45 Dünya

ABŞ Prezidenti Donald Tramp ABŞ və Kanada arasında aparılan ticarət danışıqlarının dayandırıldığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, rəsmi Ottava müəyyən vergiləri azaltmağa razı olmayana qədər danışıqlar davam etdirilməyəcək.

“Onlar bəzi vergiləri ləğv etməyənə qədər danışıqlar getməyəcək”, – deyə prezident qeyd edib.

Qiymət Mahir

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər