Tramp ABŞ kəşfiyyatında “təmizliyə” başladı

Tramp ABŞ kəşfiyyatında “təmizliyə” başladı
28.07.2026 21:04 Dünya

ABŞ Prezidenti Donald Trampın administrasiyası Milli Kəşfiyyat İdarəsində (ODNI) əməkdaşların sayını azaltmaq qərarı verib. 

TodayPress TV xəbər verir ki, ABŞ Milli Kəşfiyyat direktorunun səlahiyyətlərini icra edən Bill Pulte yeni genişmiqyaslı ixtisar mərhələsinin başladığını açıqlayıb.

Onun sözlərinə görə, bu, qurumda aparılan beşinci və demək olar ki, sonuncu ixtisar mərhələsidir. Nəticədə kəşfiyyat xidmətində çalışanların sayı bir neçə həftə əvvəlki göstərici ilə müqayisədə təxminən 30 faiz azalacaq.

Pulte bildirib ki, dəyişikliklər idarənin strukturunun yenidən qurulması çərçivəsində həyata keçirilir.

Kübra Musayeva

XƏBƏR LENTİ
28 IYUL 2026
Bütün Xəbərlər