Tokayev və Putin strateji bəyannamə imzalayacaq

Tokayev və Putin strateji bəyannamə imzalayacaq
11.11.2025 09:35 Dünya

Tokayev və Putin Moskvada Hərtərəfli Strateji Müttəfiqlik haqqında Bəyannamə imzalamağa hazırlaşırlar.

TodayPress TV xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin “Rossiyskaya Qazeta”da dərc olunan məqaləsində bildirilir.

Tokayev qeyd edib ki, Moskva–Astana əməkdaşlığı Avrasiya məkanında təhlükəsizlik sisteminin formalaşmasında əsas dayaqlardan birinə çevrilib.

Onun sözlərinə görə, sanksiyalar və çətinliklərə baxmayaraq, Rusiya–Qazaxıstan əlaqələri öz davamlılığını qoruyub saxlayır. Tokayev Rusiyada prezident Vladimir Putinin nüfuzunun yüksək olduğunu vurğulayıb və ABŞ, Çin də daxil olmaqla bir çox ölkələrin Rusiyanın və onun liderinin beynəlxalq problemlərin həllində mühüm rolunu qəbul etdiyini bildirib.

Xatırladaq ki, Qazaxıstan prezidentinin noyabrın 11–12-də Rusiyaya iki günlük dövlət səfəri nəzərdə tutulub.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər